Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə təsdiqlənib - SƏRƏNCAM

17:19 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.